SEM nədir və SEO-dan fərqi nədədir?

seo-sem-arasindaki-faklarÇox böyük bir problemdən yazmayacam, kiçik amma vacib bildim deyə yazıram. Digital Marketinqdə termin genişliyi o qədər çoxdur ki, bu terminlərin izaha ehtiyacı var deyə düşünürəm. Bəzən bir və ya oxşar əməliyyatlar 10 fərqli formada qeyd olunur.
Rəqəmsal mütəxəssislər SEM və SEO sözlərini yəqin tez – tez eşidir. Başlayaq SEM və SEO nədir sualına hərfi izahdan. SEM – Search Engine Marketing, SEO isə – Search Engine Optimization mənasını verir. Əslində bir- birinə çox yaxın 2 termindir, ancaq aralarında elə gözəl incə sərhəd xətlər var ki, rəqəmsal mütəxəssis bunları mütləq bilməlidir.
İlki öncə qeyd edək ki, həm SEO, həm də SEM-in məqsədi Web saytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Məsələn sizin şirkətin məhsul profilinə uyğun olaraq insanlar Google axtarış sistemlərində axtarış edirlərsə, bu zaman sizin saytın ilk pillədə görünməsidir. Hər ikisinin məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Beləliklə SEM marketoloqun, SEO isə həm də İT mütəxəssisin işidir. Bu ikisi arasındakı ilkin və təməl fərqdir. Yəni SEM rəqəmsal mütəxəssis özü görməlidir, özü etməlidir. Ancaq SEO-nun icrasını isə rəqəmsal marketinqin hazırladığı plana görə İT mütəxəssis görməlidir.
Digər bir neçə fərqə keçməzdən əvvəl isə hər iki işin funksionallığı haqqında qısa məlumat verək. Continue reading “SEM nədir və SEO-dan fərqi nədədir?”

Advertisements

“Rəqəmsal Marketinq – Bələdçi” kitabı niyə yazıldı?

pebook postBaşlıqdakı sualın hər hansı dərin fəlsəfi mənası yoxdur. Kitabın yazılmasının məqsədi və ya kitabyazma ideyasnın yaranma səbəbi yaşadığım problemlərin başqasının yaşamamasına yardımçı olmaqdır.

Hardan – hara gəldiyimi qeyd etmədən deyim ki, 4 il öncə 7 illik jurnalistika fəaliyyətimi başa vurub  PR və daha sonra isə marketinq sahəsində çalışmağa başladım.

Marketinq sahəsinə gələndə həm işim, həm də maraq dairəm məni Rəqəmsal Marketinqə gətirdi. Bu sahəyə yeni başlayanda hazırda rəqəmsal marketinq mütəxəssis olan bir çox həmkarım kimi fantsatık problemlər yaşadım və bu problemlərin 90 faizi texniki məsələlər idi. Continue reading ““Rəqəmsal Marketinq – Bələdçi” kitabı niyə yazıldı?”

“Rəqəmsal Marketinq – Bələdçi” kitabında bizi nələr gözləyir?!

05f8766c-6dcc-4ebd-8b7d-a89709c42804

Öncədən qeyd etdiyim kimi yaxın zamanlarda “Rəqəmsal Marketinq – Bələdçi” ilk ixtisaslaşmış kitabım hazır olacaq.
Hazırda demək olar ki, kitabın əsas hissəsi bitmək üzrədir. Nə yalan deyim, kitab haqqında verilən suallar gözlədiyimdən çox oldu. Ən çox verilən sual isə kitabın nəzərə ya praktiki formatda olacağı ilə bağlıdır.

Bütün bunları nəzərə alıb, may ayında təqdimatını planlaşdırdığım “Rəqəmsal Marketinq – Bələdçi” kitabı haqqında qısa və eyni zamanda daha geniş məlumat verməyi qərara aldım.

Kitabdakı mövzular:

Kitabdakı mövzular və məzmun ancaq praktik əsaslandırma ilə olacaq və kitab bir növ türklər demiş “klavuz” rolunu oynamağı qarşısına məqsəd qoyub. Ümumilikdə rəqəmsal marketinqə yeni başlayanlar üçün nəzərdə tutulan kitab, oxuculara aşağıda qeyd olunan mövzular üzrə bələdçilik edəcək. Continue reading ““Rəqəmsal Marketinq – Bələdçi” kitabında bizi nələr gözləyir?!”

Azərbaycan şirkətlərinin smm iflası

“Filan səhifədə 1 milyon bəyənmə var”, “Azərbaycanın ən böyük səhifəsi filan səhifədir”. Bu kimi misalları çoxumuz tez – tez eşidirik.
Bəs görəsən doğurdan bu belədirmi? Səhifədəki “Like”lar nə qədər düzgün seçilmiş target-ə hesablanıb və ya nə qədəri realdır.
Əslində çox böyük araşdırma filan lazım deyil. Sosialbakers saytında daim yenilənən məlumatlarla bunu bilmək olar.
Birinci fotoda gördüyünüz kimi, Azərbaycanın ən böyük 3 səhifəsi olaraq reytinqə “Bizim Yol”, “1news.az” və “Axsam.az” xəbər saytlarının səhifələri düşüb. Bizim Yol səhifəsindəki bəyənənlərin sayı Azərbaycan üzrə facebook istifadəçilərinin sayına bərabədir. Təbii ki, bu nisbi bir müqayisə idi.

bbb

İndi isə gəlin ikinci fotoya nəzər salaq. Ancaq bu fotoya baxmazdan əvvəl yuxarıdakı fotoda işarələnmiş “Total fans” sözünü mütləq yadda saxlayaq. Yuxarıdakı fotoda göstərilən 3 səhifə üçün bəyənmə sayları ümumi göstərilib. Continue reading “Azərbaycan şirkətlərinin smm iflası”

İlkin Manafovun ehtiyatlı addımları və ya tərəddüdü

ilkinİlkin Manafov marketinq sahəsinin ən yaxşı mütəxəssislərindən biridir. Buna qəti şübhəm yoxdur. Saatlarla oturub onun bu sahədəki biliklərini, təcrübələrini dinləməyə hazıram. Tam səmimi, bündan böyük zövq də alaram.

Yazımızın da İlkin bəyin marketinq və ya biznes yanaşması ilə o qədər əlaqəli deyil. Yazı İlkin bəyin yazdığı və az – çox ictimai yükü olan mövzulara münasibəti haqqındadır.

Əvvəldən deyim ki, mən fəlsəfəni kifayət qədər dəqiq elm hesab edirəm, bu səbəbdən də fəlsəfi qanunauyğunluqlar bir çox hallarda mənim üçün mütləq məna kəsb edir. Məsələn, Səbəb və Nəticə qanunauyğunlu. Dəfələrlə isbatlanmış bu qanuna əsasən Nəticə varsa, onu yaradan Səbəb və ya Səbəblər də var.

ibrahim

Bir zamanlar AZTV-də çalışan İbrahim Məmmədovu hamı tanıyırdı yəqin. Bütün günü xəbərlərdə Avropanı dağıdırdı. Almaniyada böhran, fransada lift işləmir, ingiltərədə polis vətəndaşları küçədə döyür, Çexiyada isə kanalizasiya boruları tutulub və s. Bu İbrahım Məmmədov işdən çıxarılandan bir neçə gün sonra İlkin Manafov “Niyə biz vətənimizlə fəxr etmirik?” başlıqlı bir yazı yazdı. Cənab Manafov hörmətli prezidentimiz sayəsində ölkəmizdə 9 iqlim qurşağının bəxş etdiyi möcüzəvi amillərdən başlayaraq (biraz yazanın ironiyası), bizim şanlı polisimizin insanpərvərliyindən tutmuş, avropadakı polis vəhşiliyinə qədər bir yazı yazdı. Continue reading “İlkin Manafovun ehtiyatlı addımları və ya tərəddüdü”