SEO Kimin işidir? #2

search-engine-optimization

Dünən bir yazı yazmışdım ki, SEO və SEM-in fərqi nədədir? Niyəsə mən yazana qədər bu mövzu heç kimin yadında düşmürdü deyəsən. yaxşı ki, yada saldım. Yazıdan sonra başlandı müzakirələr. Çox gözəl. Əla. Zatən məqsəd normal müzakirə yaradıb, sağlam fikri formalaşdırmaqdır. Ancaq təbii ki, müzakirə normal olsa. Təəssüf ki, bir çox sahədə olduğu kimi marketinqdə də etik müzakirə mədəniyyəti formalaşmayıb. Daha qarşındakına dırnaqarası mütəxəssis deyə müraciət etmək nədir? bizdə buna tərbiyəsizlik deyirlər. Başqa zonalarda bilmirəm necədir. bəlkə bizim ləhcədə, şivədə bu belədir.

Getdik…

Yazıma cavab yazanların əsas fikri bu idi ki, SEO İT mütəxəssisin yox, rəqəmsal marketinq mütəxəssisin işidir. İstər dünən şərh kimi yazdığım cavablarda, şəxsi yazışmalarda, istərsə yazıda bunu dəfələrlə izah etdim, ancaq anlamaq istəmirlər niyəsə.

Yazıya cavab yazanlardan olan Xəyal Quliyev adlı şəxs idi. Düzü yazımdan dərhal sonra demişdi ki, bunun 70 faizi səhvdir, əsaslandıracam. Mən də dedim mütləq gözləyəcəm. Özümə də maraqlı gəlmişdi. Həqiqətən çox ciddi əsaslandırma gözləyiridm. Ancaq gözləntilərim suya düşdü.

Mən yazıda və şərhlərdə nə yazmışdım. Yazmışdım ki, SEO həm də İT mütəxəssisin işidir. Altından hüzünlə xətt çəkirəm – Həm də it mütəxəssisin işidir. Yaxşı ki, xəyal bəy bloqumu screen edib. Orda da görünür yazdıqlarım. İndi də o fikrin üstündəyəm və əslində Xəyal bəy də mən yazdıqlarımı inkar etmək məqsədi ilə təsdiqləyib. Hətta bir yerdə izah verdim ki, rəqəmsal marketinq mütəxəssis nəticəyə aparan xəritəni cızır, İT icra edir. O nə yazır:

– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl title olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl meta taqlar olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birinin özəl url-i keyword şəklində olsun ID şəklində olmasın – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir daxili səhifələrdə o kateqoriyaya aid bənzər yazılar çıxsın – proqramçı edir.
– Rəqəmsal marketoloq deyir “robots.txt” faylına botlara nəyə access olsun nəyə yox – Proqramçı edir. Hərçənd bunu özü edə bilməyən rəqəmsal marketoloq olmaz da yəgin ki.
– Rəqəmsal marketoloq deyir “.htaccess” faylında bu bu bu işləmlər olsun – Proqramçı edir

Çox ayıb çıxmazsa bir misal çəkmək istəyirəm. Biz tərəfdə belə bir söz var: Süd deyil, nənəm sağıb (yəqin misalın ilkin formasını xatırladınız).

Yəni Xəyal bəy mənim yazdığımdan fərqli nə deyib görəsən? Eyni məsələ deyilmi? Cavab vermək xatirinə cavab vermək nə deməkdir? Bütün bunlara çox geniş cavab yaza bilərəm. Ancaq vaxt uzatmağa da çox ehtyac yoxdur. Ciddi nəsə olmalıdır ki, ciddiyə alasan.

Gələk Bakcell mövzusuna. Bakcell mövzusunda yazdıqlarımı aparıb dünya markaları ilə analiz etməyə ehtiyac yoxdur. Kimisi Ebay, kimisi amazon ilə müqayisə etdi və s. Azərbaycanda cəmi 3 operator var. Bakcell, Azercell və Azerfon. Azerfonu çıxmaq şərti ilə digər ikisini hər kəs əlinin içi kimi əzbər bilir. Azerfon isə sadəcə Nar Mobile kimi də tanınır deyə mübahisəlidir. Haqqında danışdığımız bazar o qədər kiçikdir ki, bir müştəri əgər google-də “Bakcell” yazıb axtarırsa, demək ki, nə axtardığını çox yaxşı bilir. “3G internet”, “Mobil kredit” və s bu kimi birbaşa operator adına bağlı olmayan sözlər olsaydı, bunların reklama qoyulması nəinki normal, çox əla addım olardı. Ancaq bu qədər tanınan markanın öz marka adını reklama qoyması axı heç bir marketinq strategiyadan xəbər vermir. Hətta lap dərinə getsək, heç olmasa Bakcell komandası Bakcell sözünü 1 L ilə yazılmış (Bakcel) formasını reklama yerləşdirsəydilər, yenə də göz yumulası idi. Amma müştəri sənin marka adını dəqiqliyi ilə bilir, sənin saytını axtarır. Lap tutaq sabah Azercell bunu öz profilinə keçid üçün reklama qoysa nə qazanacaq? Kim Bakcell axtarıb Azercell saytına daxil olar? Bu ki, sadə məntiqdir.

Advertisements

SEM nədir və SEO-dan fərqi nədədir?

seo-sem-arasindaki-faklarÇox böyük bir problemdən yazmayacam, kiçik amma vacib bildim deyə yazıram. Digital Marketinqdə termin genişliyi o qədər çoxdur ki, bu terminlərin izaha ehtiyacı var deyə düşünürəm. Bəzən bir və ya oxşar əməliyyatlar 10 fərqli formada qeyd olunur.
Rəqəmsal mütəxəssislər SEM və SEO sözlərini yəqin tez – tez eşidir. Başlayaq SEM və SEO nədir sualına hərfi izahdan. SEM – Search Engine Marketing, SEO isə – Search Engine Optimization mənasını verir. Əslində bir- birinə çox yaxın 2 termindir, ancaq aralarında elə gözəl incə sərhəd xətlər var ki, rəqəmsal mütəxəssis bunları mütləq bilməlidir.
İlki öncə qeyd edək ki, həm SEO, həm də SEM-in məqsədi Web saytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Məsələn sizin şirkətin məhsul profilinə uyğun olaraq insanlar Google axtarış sistemlərində axtarış edirlərsə, bu zaman sizin saytın ilk pillədə görünməsidir. Hər ikisinin məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Beləliklə SEM marketoloqun, SEO isə həm də İT mütəxəssisin işidir. Bu ikisi arasındakı ilkin və təməl fərqdir. Yəni SEM rəqəmsal mütəxəssis özü görməlidir, özü etməlidir. Ancaq SEO-nun icrasını isə rəqəmsal marketinqin hazırladığı plana görə İT mütəxəssis görməlidir.
Digər bir neçə fərqə keçməzdən əvvəl isə hər iki işin funksionallığı haqqında qısa məlumat verək. Continue reading “SEM nədir və SEO-dan fərqi nədədir?”

“Rəqəmsal Marketinq – Bələdçi” kitabı niyə yazıldı?

pebook postBaşlıqdakı sualın hər hansı dərin fəlsəfi mənası yoxdur. Kitabın yazılmasının məqsədi və ya kitabyazma ideyasnın yaranma səbəbi yaşadığım problemlərin başqasının yaşamamasına yardımçı olmaqdır.

Hardan – hara gəldiyimi qeyd etmədən deyim ki, 4 il öncə 7 illik jurnalistika fəaliyyətimi başa vurub  PR və daha sonra isə marketinq sahəsində çalışmağa başladım.

Marketinq sahəsinə gələndə həm işim, həm də maraq dairəm məni Rəqəmsal Marketinqə gətirdi. Bu sahəyə yeni başlayanda hazırda rəqəmsal marketinq mütəxəssis olan bir çox həmkarım kimi fantsatık problemlər yaşadım və bu problemlərin 90 faizi texniki məsələlər idi. Continue reading ““Rəqəmsal Marketinq – Bələdçi” kitabı niyə yazıldı?”

“Rəqəmsal Marketinq – Bələdçi” kitabında bizi nələr gözləyir?!

05f8766c-6dcc-4ebd-8b7d-a89709c42804

Öncədən qeyd etdiyim kimi yaxın zamanlarda “Rəqəmsal Marketinq – Bələdçi” ilk ixtisaslaşmış kitabım hazır olacaq.
Hazırda demək olar ki, kitabın əsas hissəsi bitmək üzrədir. Nə yalan deyim, kitab haqqında verilən suallar gözlədiyimdən çox oldu. Ən çox verilən sual isə kitabın nəzərə ya praktiki formatda olacağı ilə bağlıdır.

Bütün bunları nəzərə alıb, may ayında təqdimatını planlaşdırdığım “Rəqəmsal Marketinq – Bələdçi” kitabı haqqında qısa və eyni zamanda daha geniş məlumat verməyi qərara aldım.

Kitabdakı mövzular:

Kitabdakı mövzular və məzmun ancaq praktik əsaslandırma ilə olacaq və kitab bir növ türklər demiş “klavuz” rolunu oynamağı qarşısına məqsəd qoyub. Ümumilikdə rəqəmsal marketinqə yeni başlayanlar üçün nəzərdə tutulan kitab, oxuculara aşağıda qeyd olunan mövzular üzrə bələdçilik edəcək. Continue reading ““Rəqəmsal Marketinq – Bələdçi” kitabında bizi nələr gözləyir?!”

Rəqəmsal Marketinq tədbiri haqqında subyektiv tənqid

P.S. Yazı redaktə olunmadan dərc olunub. Texniki səhvlər ola bilər

rm

Bir çoxunun yəqin xəbəri oldu. Bu gün Bakıda “Rəqəmsal Marketinq və Uğur Hekayələri – Workshop” adlı tədbir baş tutdu. Sadə dildə desək təlim keçmək üçün Türkiyədən iki gənc mütəxəssis gəlmişdi – Eren Soydaş və Harun Ünlüsoy. Çox təşəkkürlər, əziyyət çəkib gəliblər. Tədbirə bilet almazdan əvvəl (bilet qiyməti barədə az sonra) mövzulara baxdım. Nə gözəl mövzular… Affiliate Marketinq, Performans bazarı, Adwords, Twitter reklamları, Facebook ads və s. Gözəl səslənir elə deyilmi.
Rəqəmsal marketinqlə məşğul olan kim istəməz ki, gedib bu sahədə biliklərini daha da artırsın. Gedirsən, amma həm təşkilatçılıq, həm də elmililik baxımından bərbad bir durumla qarşılaşırsan.
Başlayaq:

Continue reading “Rəqəmsal Marketinq tədbiri haqqında subyektiv tənqid”

Google Analytics 360 Suite nədir?

Google 15 mart 2016-cı il tarixində özünün Analytics bloqunda yeni “Google Analytics 360 Suite” sistemi haqqında məlumat dərc edib. Yeni sistem əvvəlkinə nisbətən reklamverənlərə və ya sahibkarlara daha geniş imkanlar tanıdır. Belə ki, reklamçılar üçün daha geniş imkanlar tanıyan bu sistem müştərilər haqqında əvvəlki analitik platformalara nəzərən daha çox informasiya əldə etməyə, bu məlumatlar əsasında özəl hədəf kütləsi yaramağa  imkan yaradır. Bu haqda yazının digər bölümündə daha detaylı məlumat veriləcək. Keçək “Google Analytics 360 Suite”in işləmə mexanizminin bazisini təşkil edən platformalara.

google-analytics-360a-1920-800x450

Sistem 4-ü yeni, 2-i köhnə olmaqla 6 platformanın ineqrasiyası nəticəsində fəaliyyət göstərəcək. Öncədən mövcud olan və “Google Analytics 360 Suite”-ə inteqrasiya olunan platformalar GA Premium kimi tanınan “Google Analytics 360” və Adometry kimi tanınan “Google Attribution 360” platformalarıdır.
GA Premium bu vaxta qədər reklamların çatımlılıq dəyərini artmağa imkan verirdi. Yeni sistemdə ise GA Premium müştərilərin məlumat bazasını analiz etmək imkanını da özündə daşıyır.

Continue reading “Google Analytics 360 Suite nədir?”

Azərbaycan xəbər saytları reklamdan ildə 70 min manat qazanır?

reklam
Bunu əslində status kimi yazacaqdım, gördüm uzun alınır, dedim bloqa yazım.
 
Rafiq Hunaltay bu günki bloq yazısında New-Media şirkətinin İcraçı Direktoru Rasim Davudova istinadən yazır: “2015-ci il internet reklam bazarı dövriyyəsi 6 milyon manat civarıdır. Təxmini real reklam cəlb edə bilən 60-a yaxın veb sayt var. 6 milyonluq internet reklam bazarı dövriyyəsinin təkcə 2.5-3 milyon manatının facebook, google, instagram reklamlarına xərclənməsidir”.
Burdan belə çıxır ki, 3 milyon manat yerli bazarda şirkətlər və media (content saytlar) arasında dövr edib. Əgər bazarda reklam alan saytların sayı ortalama 60-dırsa, bu o deməkdir ki, orta hesabla il ərzində bir sayt reklamdan 50 min manat gəlir əldə edib. Hələ bu ancaq birbaşa reklamlardır. Yəni reklamverəndən web sayta verilən reklamlar. Nəzərə alaq ki, yuxarıda qeyd olunan Google vasitəsi ilə verilən reklamların da bir hissəsi yerli web saytlara catır. Çünki böyük əksəriyyət Google-a əsasən Azərbaycan üzrə traffik sifariş edir və bu da daha çox yerli saytlarda olur.

Continue reading “Azərbaycan xəbər saytları reklamdan ildə 70 min manat qazanır?”