SEO Kimin işidir? #2

search-engine-optimization

Dünən bir yazı yazmışdım ki, SEO və SEM-in fərqi nədədir? Niyəsə mən yazana qədər bu mövzu heç kimin yadında düşmürdü deyəsən. yaxşı ki, yada saldım. Yazıdan sonra başlandı müzakirələr. Çox gözəl. Əla. Zatən məqsəd normal müzakirə yaradıb, sağlam fikri formalaşdırmaqdır. Ancaq təbii ki, müzakirə normal olsa. Təəssüf ki, bir çox sahədə olduğu kimi marketinqdə də etik müzakirə mədəniyyəti formalaşmayıb. Daha qarşındakına dırnaqarası mütəxəssis deyə müraciət etmək nədir? bizdə buna tərbiyəsizlik deyirlər. Başqa zonalarda bilmirəm necədir. bəlkə bizim ləhcədə, şivədə bu belədir.

Getdik…

Yazıma cavab yazanların əsas fikri bu idi ki, SEO İT mütəxəssisin yox, rəqəmsal marketinq mütəxəssisin işidir. İstər dünən şərh kimi yazdığım cavablarda, şəxsi yazışmalarda, istərsə yazıda bunu dəfələrlə izah etdim, ancaq anlamaq istəmirlər niyəsə.

Yazıya cavab yazanlardan olan Xəyal Quliyev adlı şəxs idi. Düzü yazımdan dərhal sonra demişdi ki, bunun 70 faizi səhvdir, əsaslandıracam. Mən də dedim mütləq gözləyəcəm. Özümə də maraqlı gəlmişdi. Həqiqətən çox ciddi əsaslandırma gözləyiridm. Ancaq gözləntilərim suya düşdü.

Mən yazıda və şərhlərdə nə yazmışdım. Yazmışdım ki, SEO həm də İT mütəxəssisin işidir. Altından hüzünlə xətt çəkirəm – Həm də it mütəxəssisin işidir. Yaxşı ki, xəyal bəy bloqumu screen edib. Orda da görünür yazdıqlarım. İndi də o fikrin üstündəyəm və əslində Xəyal bəy də mən yazdıqlarımı inkar etmək məqsədi ilə təsdiqləyib. Hətta bir yerdə izah verdim ki, rəqəmsal marketinq mütəxəssis nəticəyə aparan xəritəni cızır, İT icra edir. O nə yazır:

– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl title olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl meta taqlar olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birinin özəl url-i keyword şəklində olsun ID şəklində olmasın – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir daxili səhifələrdə o kateqoriyaya aid bənzər yazılar çıxsın – proqramçı edir.
– Rəqəmsal marketoloq deyir “robots.txt” faylına botlara nəyə access olsun nəyə yox – Proqramçı edir. Hərçənd bunu özü edə bilməyən rəqəmsal marketoloq olmaz da yəgin ki.
– Rəqəmsal marketoloq deyir “.htaccess” faylında bu bu bu işləmlər olsun – Proqramçı edir

Çox ayıb çıxmazsa bir misal çəkmək istəyirəm. Biz tərəfdə belə bir söz var: Süd deyil, nənəm sağıb (yəqin misalın ilkin formasını xatırladınız).

Yəni Xəyal bəy mənim yazdığımdan fərqli nə deyib görəsən? Eyni məsələ deyilmi? Cavab vermək xatirinə cavab vermək nə deməkdir? Bütün bunlara çox geniş cavab yaza bilərəm. Ancaq vaxt uzatmağa da çox ehtyac yoxdur. Ciddi nəsə olmalıdır ki, ciddiyə alasan.

Gələk Bakcell mövzusuna. Bakcell mövzusunda yazdıqlarımı aparıb dünya markaları ilə analiz etməyə ehtiyac yoxdur. Kimisi Ebay, kimisi amazon ilə müqayisə etdi və s. Azərbaycanda cəmi 3 operator var. Bakcell, Azercell və Azerfon. Azerfonu çıxmaq şərti ilə digər ikisini hər kəs əlinin içi kimi əzbər bilir. Azerfon isə sadəcə Nar Mobile kimi də tanınır deyə mübahisəlidir. Haqqında danışdığımız bazar o qədər kiçikdir ki, bir müştəri əgər google-də “Bakcell” yazıb axtarırsa, demək ki, nə axtardığını çox yaxşı bilir. “3G internet”, “Mobil kredit” və s bu kimi birbaşa operator adına bağlı olmayan sözlər olsaydı, bunların reklama qoyulması nəinki normal, çox əla addım olardı. Ancaq bu qədər tanınan markanın öz marka adını reklama qoyması axı heç bir marketinq strategiyadan xəbər vermir. Hətta lap dərinə getsək, heç olmasa Bakcell komandası Bakcell sözünü 1 L ilə yazılmış (Bakcel) formasını reklama yerləşdirsəydilər, yenə də göz yumulası idi. Amma müştəri sənin marka adını dəqiqliyi ilə bilir, sənin saytını axtarır. Lap tutaq sabah Azercell bunu öz profilinə keçid üçün reklama qoysa nə qazanacaq? Kim Bakcell axtarıb Azercell saytına daxil olar? Bu ki, sadə məntiqdir.

Advertisements

SEM nədir və SEO-dan fərqi nədədir?

seo-sem-arasindaki-faklarÇox böyük bir problemdən yazmayacam, kiçik amma vacib bildim deyə yazıram. Digital Marketinqdə termin genişliyi o qədər çoxdur ki, bu terminlərin izaha ehtiyacı var deyə düşünürəm. Bəzən bir və ya oxşar əməliyyatlar 10 fərqli formada qeyd olunur.
Rəqəmsal mütəxəssislər SEM və SEO sözlərini yəqin tez – tez eşidir. Başlayaq SEM və SEO nədir sualına hərfi izahdan. SEM – Search Engine Marketing, SEO isə – Search Engine Optimization mənasını verir. Əslində bir- birinə çox yaxın 2 termindir, ancaq aralarında elə gözəl incə sərhəd xətlər var ki, rəqəmsal mütəxəssis bunları mütləq bilməlidir.
İlki öncə qeyd edək ki, həm SEO, həm də SEM-in məqsədi Web saytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Məsələn sizin şirkətin məhsul profilinə uyğun olaraq insanlar Google axtarış sistemlərində axtarış edirlərsə, bu zaman sizin saytın ilk pillədə görünməsidir. Hər ikisinin məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Beləliklə SEM marketoloqun, SEO isə həm də İT mütəxəssisin işidir. Bu ikisi arasındakı ilkin və təməl fərqdir. Yəni SEM rəqəmsal mütəxəssis özü görməlidir, özü etməlidir. Ancaq SEO-nun icrasını isə rəqəmsal marketinqin hazırladığı plana görə İT mütəxəssis görməlidir.
Digər bir neçə fərqə keçməzdən əvvəl isə hər iki işin funksionallığı haqqında qısa məlumat verək. Continue reading “SEM nədir və SEO-dan fərqi nədədir?”

“Rəqəmsal Marketinq – Bələdçi” kitabı niyə yazıldı?

pebook postBaşlıqdakı sualın hər hansı dərin fəlsəfi mənası yoxdur. Kitabın yazılmasının məqsədi və ya kitabyazma ideyasnın yaranma səbəbi yaşadığım problemlərin başqasının yaşamamasına yardımçı olmaqdır.

Hardan – hara gəldiyimi qeyd etmədən deyim ki, 4 il öncə 7 illik jurnalistika fəaliyyətimi başa vurub  PR və daha sonra isə marketinq sahəsində çalışmağa başladım.

Marketinq sahəsinə gələndə həm işim, həm də maraq dairəm məni Rəqəmsal Marketinqə gətirdi. Bu sahəyə yeni başlayanda hazırda rəqəmsal marketinq mütəxəssis olan bir çox həmkarım kimi fantsatık problemlər yaşadım və bu problemlərin 90 faizi texniki məsələlər idi. Continue reading ““Rəqəmsal Marketinq – Bələdçi” kitabı niyə yazıldı?”

Rəqəmsal Marketinq tədbiri haqqında subyektiv tənqid

P.S. Yazı redaktə olunmadan dərc olunub. Texniki səhvlər ola bilər

rm

Bir çoxunun yəqin xəbəri oldu. Bu gün Bakıda “Rəqəmsal Marketinq və Uğur Hekayələri – Workshop” adlı tədbir baş tutdu. Sadə dildə desək təlim keçmək üçün Türkiyədən iki gənc mütəxəssis gəlmişdi – Eren Soydaş və Harun Ünlüsoy. Çox təşəkkürlər, əziyyət çəkib gəliblər. Tədbirə bilet almazdan əvvəl (bilet qiyməti barədə az sonra) mövzulara baxdım. Nə gözəl mövzular… Affiliate Marketinq, Performans bazarı, Adwords, Twitter reklamları, Facebook ads və s. Gözəl səslənir elə deyilmi.
Rəqəmsal marketinqlə məşğul olan kim istəməz ki, gedib bu sahədə biliklərini daha da artırsın. Gedirsən, amma həm təşkilatçılıq, həm də elmililik baxımından bərbad bir durumla qarşılaşırsan.
Başlayaq:

Continue reading “Rəqəmsal Marketinq tədbiri haqqında subyektiv tənqid”

Google Analytics 360 Suite nədir?

Google 15 mart 2016-cı il tarixində özünün Analytics bloqunda yeni “Google Analytics 360 Suite” sistemi haqqında məlumat dərc edib. Yeni sistem əvvəlkinə nisbətən reklamverənlərə və ya sahibkarlara daha geniş imkanlar tanıdır. Belə ki, reklamçılar üçün daha geniş imkanlar tanıyan bu sistem müştərilər haqqında əvvəlki analitik platformalara nəzərən daha çox informasiya əldə etməyə, bu məlumatlar əsasında özəl hədəf kütləsi yaramağa  imkan yaradır. Bu haqda yazının digər bölümündə daha detaylı məlumat veriləcək. Keçək “Google Analytics 360 Suite”in işləmə mexanizminin bazisini təşkil edən platformalara.

google-analytics-360a-1920-800x450

Sistem 4-ü yeni, 2-i köhnə olmaqla 6 platformanın ineqrasiyası nəticəsində fəaliyyət göstərəcək. Öncədən mövcud olan və “Google Analytics 360 Suite”-ə inteqrasiya olunan platformalar GA Premium kimi tanınan “Google Analytics 360” və Adometry kimi tanınan “Google Attribution 360” platformalarıdır.
GA Premium bu vaxta qədər reklamların çatımlılıq dəyərini artmağa imkan verirdi. Yeni sistemdə ise GA Premium müştərilərin məlumat bazasını analiz etmək imkanını da özündə daşıyır.

Continue reading “Google Analytics 360 Suite nədir?”

Adwords hesabınız “Bloklanıbsa”, nə etmək lazımdır?

Qeyd: Yazının başlığındakı “Bloklanmaq” sözü sadə olsun deyə elə yazılıb. Google Adworsdə hesablar ilk əvvəl şübhə altına alınır. İngilis dilində istifadə edirsizsə bu “Suspended” kimi qarşınıza çıxacaq.

susGoogle Adwords Azərbaycan istifadəçilərinin ən böyük problem Google şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin olmamasıdır. Bu olmadığı halda yaranan problemlərin daha operativ həll olunması mümkünsüz hala düşür. Məhz bu səbəbdən də çalışmaq lazımdır ki, baş verə biləcək xətaları öncədən zərərsizləşdirəsən.

Google Adwords hesablar daha çox aşağıdakı səbəblərdən şübhə altına alınır və həmin hesablardan reklam yerləşdirmək mümkünsüzləşir.

  1. Google reklam qaydalarını bir və ya bir neçə dəfə pozduqda.
  2. Yerləşdirdiyiniz reklamlar və ya atdığınız addımlarla digər istifadəçiləri risk altında qoyduqda
  3. Reklamlar üçün ödəmə vasitələrində şübhəli məqamlar ortaya çıxdıqda (Ən əsası)
  4. İstifadə etdiyiniz hesabın şübhə altına alınmış başqa bir hesabla bağlantısı ortaya çıxdıqda

 

Yuxarıda qeyd etdiyim 4 səbəbin içində Azərbaycan üçün ən ciddi amil üçüncü, yəni ödəmə vasitənizlə bağlı şübhəli məqamların aşkarlanmasıdır. Google reklam yerləşdirmək üçün sizin təbii ki, hansısa Bankda plastik kartınız və ya hər hansı hesabınız olmalıdır. Ödəmə yalnız online qəbul edilir. Ancaq Azərbaycan banklarının böyük əksəriyyəti hesabınızdan avtomatik formada 1 dəfəyə 100 ABŞ dollarından çox pul çəkilməsini qadağan etdiyi üçün, hesabınızda çox ciddi problemlər yarana bilir. Belə ki, Google kimi sistemlər hesabdan pulu hissə – hissə çıxmaqdansa, 1 neçə günə toplanmış borcu birdəfəyə çıxmağı üstün tutur. Məsələn, sizin gündəlik Google Adwords büdcəniz 80 dollardır. Artıq 3 gündür reklamlarınız yayımlanır. Bu hesabla sizin Google Adwords-ə artıq 180 dollar ödəməli olduğunuz məbləğ var. Google bu məbləği sizin hesabınızdan çıxmaq istəyəndə, yerli bankların müəyyənləşdirdiyi gündəlik 100 dollar limitinə görə, pul kartdan çəkilə bilmir.

Google sizin hesabınızdan 100 dollar məbləğində vəsaiti çıxır, ancaq ödənişin digər hissəni çıxa bilmir. Çünki bank icazə vermir. Belə olan halda Google avtomatik olaraq sizin ödəmə vasitənizi şübhəli hesab edir və bütün reklam yayımlarınızı dayandırır.

Bunun qarşısını almaq üçün ödəmə üçün istifadə etdiyiniz hesabınızın yerləşdiyi bankdan tələb etməlisiz ki, sizin hesabla bağlı olan 100 dollar məbləğindəki gündəlik limiti yığışdırsın, limitsiz ödəməyə açıq olsun.

Əgər bank sizin hesab üçün limiti yığışdırmayıbsa, o zaman Google ödəmə formatınızı avtomatik ödəmə platformasından mexaniki ödəmə platformasına keçirməlisiz. Bunun üçün  Google Adwords hesabınızı gündə bir neçə dəfə yoxlayaraq, yaranmış saldonun 100 ABŞ dollarına yaxınlaşdığını müşahidə etdikdə, məbləği mexaniki formada ödəməlisiz.

Bunun üçün Google Adwords hesabınız açılan pəncərənin sağ yuxarı küncündə “Tənzimləmə” (Setting) ikonu olan yerə tıklayıb, açılan yardımçı paneldə “Billing” düyməsinə keçid etməlisiz.

Açılan yeni pəncərədə aşağıdakı formada toplanan saldonu ödəyirsiz.

 adsa

 

Yuxarıda qeyd olunduğu kimi Google Azərbaycan nümayəndəliyi olmadığı üçün problemlərin həlli uzun zaman alır. Hazırda Google Adwords Azərbaycan istifadəçiləri üçün məsul ofis, Google Moskva nümayəndəliyi hesab olunur. Qeyd olunan telefon nömrəsi ( +7 495 213-3225) ilə Google Moskva ofisi ilə əlaqə saxlayaraq, yaranan problemin həll olması ilə bağlı müvafiq yardımlar istəyə bilərsiz.

Adwords reklamlar üçün büdcə necə formalaşdırılmalıdır? #2

google costBundan əvvəlki yazıda  #Adwords haqqında ümumi məlumatlar vermişdik. Sadə formada Adwords reklamçılığın ümumi konseptini izah etmişdim. Bu dəfə isə Adwords yerləşdirmək istəyən insanlar tərəfindən çox verilən sual – Adwords büdcəsini necə formalaşdırmaq olar və ya Adwords reklam üçün nə qədər pul lazımdır sualına cavab tapmağa çalışacağıq.

Əvvəlki yazıda qeyd etdiyimiz kimi Adwords reklamlar 2 yerə bölünür: Axtarış sistemli Adwords və Görüntülü Adwords.

Qeyd etdiyimiz kimi Google Adwords üçün minimal büdcə anlayışı yoxdur. Hazırkı reklam bazarını analiz edərək özünüz üçün istədiyiniz günlük və ya aylıq büdcə müəyyənləşdirə bilərsiz. Bu analizi aparmaq üçün isə Google özü sizə hazır platforma təqdim edir.

Axtarış sistemli Google Adwords reklamlar yerləşdirərkən məhsulunuza uyğun açar sözlər müəyyənləşdirdikdən sonra o açar sözlərin hazırki və ya hər hansı bir müddət üçün qiymətləndirmə analizini və axtarış həcmini araşdırmaqla reklamınız üçün büdcə formalaşdıra bilərsiz. Continue reading “Adwords reklamlar üçün büdcə necə formalaşdırılmalıdır? #2”