Facebook hansı məlumatlarımızı toplayır və nə üçün istifadə edir? (Birinci yazı)

webdevYazı haqqında bir qayda var. Öncədən qeyd edim ki, sonra anlaşılmazlıq olmasın. Yazıda yazılan məlumatları əslində facebook-un yardım platformasında özünüz də tapıb oxuya bilərsiz. Sadəcə məlumatlar dağınıq formada olduğu üçün, Azərbaycan dilində olmadığı üçün düşündüm ki, bunu komplektləşdirib yazmaqda fayda var.

Qayıdaq mövzumuza

Facebook istifadəçiləri 2 yerə bölünə bilər. Sadə istifadəçi, yəni gündəlik girir, post paylaşır, yazılanları oxuyur, qısası bir əyləncə və informasiya paylaşımı platforması kimi baxır sadəcə. İkinci qrup insanlar isə Facebookdan daha peşəkar və ya iş məqsədi ilə istifadə edir. Umumiləşdirmiş formada desək ikinci qrupa peşəkar və ya həvəskar Sosial Media Mütəxəssislərini aid etmək olar. Ancaq hər iki qrupa aid olan istifadəçilərin verdiyi ortaq bir sual var: Facebook bizim məlumatları toplayırmı, toplayırsa niyə toplayır və sonrada o məlumatları nə üçün istifadə edir. Birinci qrupa aid olan insanlar adətən deyir Mark Zukerberq Masondur, məlumatlarımı toplayır, Mossada filan ötürür, ikinci qrupu isə ən çox düşündürən sual budur ki, facebook remarketinq, maraq darəsinə görə hədəf kütləsinin müəyyənləşdirilməsi üçün məlumatları necə toplayır? Sual eynidir, amma verilmə formaları müxtəlif. Birinci qrupa aid olan sualverənlərin cavabnı əslində illər öncə Cem Yılmaz belə vermişdi “CİA ne yapsin senin ***lu hesabını”. J

Ümumi cavab budur. Bəli, facebook bizim məlumatları toplayır və məlumat bazasında saxlayır. Bəs sual budur. Facebook hansı məlumatlarımızı toplayır: Continue reading “Facebook hansı məlumatlarımızı toplayır və nə üçün istifadə edir? (Birinci yazı)”

Advertisements

Türkiyədə reklamların yeni erası – musiqi və dialoq amili

rekam

4 il öncə dostlarla Türkiyə reklamlarını müzakirə edirdik. Aşağı – yuxar belə bir sual var idi ki, “Görəsən Türklər 4-5 il sonra nə çəkəcəklər?!”. Bu sualın altıdakı fikir əslində bu idi: “adamlar işin pikindədirlər və bundan o tərəfə nə etmək olar ki?!” Maksimum duyğusallıq (Duyğusal reklam haqqında yazıda ayrca qeyd edəcəm), maksimum müştəri sevgisi, maksimum milli hisslər və s. Hər şeyin maksimumundan istifadə edirlər. Təqribən 3 il əvvəl Türk Hava Yollarının Diyarbekir hava limanı üçün çəkdiyi reklam isə sanki tam pik nöqtə idi. Qısası, adamlar işin ən yaxşısını edirlər. Ancaq məsələ bundadır ki, bütün bu inkişaf tempi, duyğusal reklamlar bir yerdə dayanmalı və ya forma dəyiməlidir axı. Eyni templə davam edə bilməz. Müştəri bir öncəkindən daha yaxşı reklam tələb edir.

Son 2 ay ərzində türkiyədə çəkilən reklamlar sanki formatını tam olaraq dəyişdi. Reklamlar ardıcıl olaraq müsiqili formata keçid aldı. Artıq əvvəlkilər kimi duyğusal dialoqlar və ya monoloqlar yoxdur, onların yerini musiqilər almağa başladı. Səhv etmirəmsə bu növ reklamlardan ilklərindən birini Koton Türkiyə etdi. “Kara Sevda” adlı reklamda ustad Barış Mançonun Kara Sevda mahnısı yeni formatda təqdim olundu. Sıfır dialoq, maksimum emosiya, nostalji və müasirlik. Reklam bu 4 amili birləşdirərək yeni sezonun rəng modelini təqdim edir. Həm rasional, həm duyğusal reklam. Continue reading “Türkiyədə reklamların yeni erası – musiqi və dialoq amili”

SEO Kimin işidir? #2

search-engine-optimization

Dünən bir yazı yazmışdım ki, SEO və SEM-in fərqi nədədir? Niyəsə mən yazana qədər bu mövzu heç kimin yadında düşmürdü deyəsən. yaxşı ki, yada saldım. Yazıdan sonra başlandı müzakirələr. Çox gözəl. Əla. Zatən məqsəd normal müzakirə yaradıb, sağlam fikri formalaşdırmaqdır. Ancaq təbii ki, müzakirə normal olsa. Təəssüf ki, bir çox sahədə olduğu kimi marketinqdə də etik müzakirə mədəniyyəti formalaşmayıb. Daha qarşındakına dırnaqarası mütəxəssis deyə müraciət etmək nədir? bizdə buna tərbiyəsizlik deyirlər. Başqa zonalarda bilmirəm necədir. bəlkə bizim ləhcədə, şivədə bu belədir.

Getdik…

Yazıma cavab yazanların əsas fikri bu idi ki, SEO İT mütəxəssisin yox, rəqəmsal marketinq mütəxəssisin işidir. İstər dünən şərh kimi yazdığım cavablarda, şəxsi yazışmalarda, istərsə yazıda bunu dəfələrlə izah etdim, ancaq anlamaq istəmirlər niyəsə.

Yazıya cavab yazanlardan olan Xəyal Quliyev adlı şəxs idi. Düzü yazımdan dərhal sonra demişdi ki, bunun 70 faizi səhvdir, əsaslandıracam. Mən də dedim mütləq gözləyəcəm. Özümə də maraqlı gəlmişdi. Həqiqətən çox ciddi əsaslandırma gözləyiridm. Ancaq gözləntilərim suya düşdü.

Mən yazıda və şərhlərdə nə yazmışdım. Yazmışdım ki, SEO həm də İT mütəxəssisin işidir. Altından hüzünlə xətt çəkirəm – Həm də it mütəxəssisin işidir. Yaxşı ki, xəyal bəy bloqumu screen edib. Orda da görünür yazdıqlarım. İndi də o fikrin üstündəyəm və əslində Xəyal bəy də mən yazdıqlarımı inkar etmək məqsədi ilə təsdiqləyib. Hətta bir yerdə izah verdim ki, rəqəmsal marketinq mütəxəssis nəticəyə aparan xəritəni cızır, İT icra edir. O nə yazır:

– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl title olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl meta taqlar olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birinin özəl url-i keyword şəklində olsun ID şəklində olmasın – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir daxili səhifələrdə o kateqoriyaya aid bənzər yazılar çıxsın – proqramçı edir.
– Rəqəmsal marketoloq deyir “robots.txt” faylına botlara nəyə access olsun nəyə yox – Proqramçı edir. Hərçənd bunu özü edə bilməyən rəqəmsal marketoloq olmaz da yəgin ki.
– Rəqəmsal marketoloq deyir “.htaccess” faylında bu bu bu işləmlər olsun – Proqramçı edir

Çox ayıb çıxmazsa bir misal çəkmək istəyirəm. Biz tərəfdə belə bir söz var: Süd deyil, nənəm sağıb (yəqin misalın ilkin formasını xatırladınız).

Yəni Xəyal bəy mənim yazdığımdan fərqli nə deyib görəsən? Eyni məsələ deyilmi? Cavab vermək xatirinə cavab vermək nə deməkdir? Bütün bunlara çox geniş cavab yaza bilərəm. Ancaq vaxt uzatmağa da çox ehtyac yoxdur. Ciddi nəsə olmalıdır ki, ciddiyə alasan.

Gələk Bakcell mövzusuna. Bakcell mövzusunda yazdıqlarımı aparıb dünya markaları ilə analiz etməyə ehtiyac yoxdur. Kimisi Ebay, kimisi amazon ilə müqayisə etdi və s. Azərbaycanda cəmi 3 operator var. Bakcell, Azercell və Azerfon. Azerfonu çıxmaq şərti ilə digər ikisini hər kəs əlinin içi kimi əzbər bilir. Azerfon isə sadəcə Nar Mobile kimi də tanınır deyə mübahisəlidir. Haqqında danışdığımız bazar o qədər kiçikdir ki, bir müştəri əgər google-də “Bakcell” yazıb axtarırsa, demək ki, nə axtardığını çox yaxşı bilir. “3G internet”, “Mobil kredit” və s bu kimi birbaşa operator adına bağlı olmayan sözlər olsaydı, bunların reklama qoyulması nəinki normal, çox əla addım olardı. Ancaq bu qədər tanınan markanın öz marka adını reklama qoyması axı heç bir marketinq strategiyadan xəbər vermir. Hətta lap dərinə getsək, heç olmasa Bakcell komandası Bakcell sözünü 1 L ilə yazılmış (Bakcel) formasını reklama yerləşdirsəydilər, yenə də göz yumulası idi. Amma müştəri sənin marka adını dəqiqliyi ilə bilir, sənin saytını axtarır. Lap tutaq sabah Azercell bunu öz profilinə keçid üçün reklama qoysa nə qazanacaq? Kim Bakcell axtarıb Azercell saytına daxil olar? Bu ki, sadə məntiqdir.

SEM nədir və SEO-dan fərqi nədədir?

seo-sem-arasindaki-faklarÇox böyük bir problemdən yazmayacam, kiçik amma vacib bildim deyə yazıram. Digital Marketinqdə termin genişliyi o qədər çoxdur ki, bu terminlərin izaha ehtiyacı var deyə düşünürəm. Bəzən bir və ya oxşar əməliyyatlar 10 fərqli formada qeyd olunur.
Rəqəmsal mütəxəssislər SEM və SEO sözlərini yəqin tez – tez eşidir. Başlayaq SEM və SEO nədir sualına hərfi izahdan. SEM – Search Engine Marketing, SEO isə – Search Engine Optimization mənasını verir. Əslində bir- birinə çox yaxın 2 termindir, ancaq aralarında elə gözəl incə sərhəd xətlər var ki, rəqəmsal mütəxəssis bunları mütləq bilməlidir.
İlki öncə qeyd edək ki, həm SEO, həm də SEM-in məqsədi Web saytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Məsələn sizin şirkətin məhsul profilinə uyğun olaraq insanlar Google axtarış sistemlərində axtarış edirlərsə, bu zaman sizin saytın ilk pillədə görünməsidir. Hər ikisinin məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Beləliklə SEM marketoloqun, SEO isə həm də İT mütəxəssisin işidir. Bu ikisi arasındakı ilkin və təməl fərqdir. Yəni SEM rəqəmsal mütəxəssis özü görməlidir, özü etməlidir. Ancaq SEO-nun icrasını isə rəqəmsal marketinqin hazırladığı plana görə İT mütəxəssis görməlidir.
Digər bir neçə fərqə keçməzdən əvvəl isə hər iki işin funksionallığı haqqında qısa məlumat verək. Continue reading “SEM nədir və SEO-dan fərqi nədədir?”

Gənclər çox maaş istəyir?

29f1e7aSon 1 həftədə 2-3 yerdə maaş müzakirəsinin şahidi olmuşam. Dostumuz Rəşad Camal status yazmışdı ki, niyə insanlar 400-500 manat maaşa işləmək istəmir?!

Başqa bir iki yerdə də bu formada narazılıqlar var idi. Sadəcə Rəşadla uzun müddətə dayanan səmimi dostluğumuz olduğu üçün məhz onun adını qeyd etməyə ərkim çatdı.

Bu maaş məsələsi niyəsə o qədər paradokslu məsələdir ki, adam yazmaya bilmir. Susanı – danışanı, razısı – narazısı, sevəni – ayrılanı, sevgiyə inanı – ən yaxın padruqası anası olana qədər… bu ölkədə hamı deyir ki, son 2 ildə orta hesabla 50 faiz infilasiya olub. Və hamıya məlumdur ki, son 2 ildə devalvasiya 200 faiz ətrafındadır.

Bəs bu qədər həgamənin qarşılığında ölkədə orta aylıq əmək haqqı nə qədər artıb? Ümumiyyətlə artıbmı. Şirkətlərin birində işləyən dostumun maaşı devalvasiyalardan sonra 2 faiz artmışdı. Açıqlamasında da yazılmışdı ki, bu devalvasiyaya görə olan artımdır. Dedim bir dəqiqləşdir, o 2-nin yanında 2 ədəd sıfır olmalıdır məntiqlə. Dedi yox valah elə 2 faizdir. Biz bu məntiqin işçiyə münasibət olan bir ölkədəyik. Continue reading “Gənclər çox maaş istəyir?”

Bu ki monopoliyada deyil

1.jpg
Dünən yol gedirdim. Yolda da ən yaxşı məşğuliyyət nəsə oxumaqdı. Bir – iki yazı oxudum, sonra ardınca facebook-da gedən müzakirələrə baxırdım. Yazıların birini Seymur Baycan yazmışdı. Əvvəllər də hansısa müsahibəsində oxuduğum bu cümlə ən rahat formada desək “Ləzzzət” elədi. Seymur bəy deyir:

“Novruzəli məktubu poçt qutusuna ata bilsəydi Mirzə Cəlil başqa mövzuda hekayə yazardı və ədəbiyyatımız bir addım irəli hərəkət etmiş olardı.”

Bu  misalı ölkəmizdə olan hadisələrin 90 faizinə adi etmk olar.Ancaq hələlik bu cümləni yadda saxlayıb keçək mövzuya.

Yazıdan sonra oxuduğum müzakirələrin bir hissəsi Marketinq, daha dəqiq desək yaxınlarda baş tutacaq “Digital Marketing Conferance 2016”  (DMC) haqqında idi. Əslində bir məsələni vacib qeyd etməyi özümə borc bilirəm. Azərbaycanda Şou biznes və siyasətdən sonra ən çox dedi – qodu, “Pıç ha pıç”, “Şəbədə” olan sahə marketinqdir. Məktub yazanda “Hörmətli” ilə başlayıb “Hörmətlə” ilə başa vururlar, ancaq digəl ki, ikisi də sadəcə görüntü üçündür. Əslində isə münasibətlər yuxarıda qeyd etdiyim formadadır. (Təbii ki, istisnalar asdfg kimi cümləni nəzərə alın. Yoxdursa da, var kimi qəbul edin. Bizim ölkədə yazıda nəsə səhv tuta bilməyən oxucu son ümid kimi “Hamıya aid etmək olmaz” iradını tutur.) Continue reading “Bu ki monopoliyada deyil”

Üzeyir bəy Hacıbəyli: Biz müsəlmanlarda şirkət – Feyleton

uu

Biz müsәlmanlarda şirkәt, kompaniya vә bunun kimi şeylәr çox az әmәlә gәlir vә әmәlә gәlsә dә çox vaxt heç işә başlamamış dağılıb, şirkәtin üzvlәri bir-birini görәndә bir verstlikdәn qaçırlar.

Müsәlmana deyirsәn ki, balam, gәl bir nәşriyyat cәmiyyәti quraq; hәm özümüz pul qazanaq hәm özgәyә pul qazandıraq vә hәm dә camaatımızın arasına savad artıraq.

Müsәlman bir qәdәr fikir elәyir vә bir balaca gülümsünür vә sonra deyir:

– Axı pulum yoxdur.

Sәn bu sözә inanmırsan, çünki bilirsәn ki müsәlmanın cibindә elә bu saatın özündә bir әlli manat var ki, üzvlük payı üçün bәsdir vә özü dә elә yerlәrә әlli manat xәrclәyir min il çalışsa, o yerdәn әlli qәpiklik dә mәnfәәt görmәz. Bunu deyirsәn, yenә bir az fikir elәyir vә deyir: Continue reading “Üzeyir bəy Hacıbəyli: Biz müsəlmanlarda şirkət – Feyleton”