SEO Kimin işidir? #2

search-engine-optimization

Dünən bir yazı yazmışdım ki, SEO və SEM-in fərqi nədədir? Niyəsə mən yazana qədər bu mövzu heç kimin yadında düşmürdü deyəsən. yaxşı ki, yada saldım. Yazıdan sonra başlandı müzakirələr. Çox gözəl. Əla. Zatən məqsəd normal müzakirə yaradıb, sağlam fikri formalaşdırmaqdır. Ancaq təbii ki, müzakirə normal olsa. Təəssüf ki, bir çox sahədə olduğu kimi marketinqdə də etik müzakirə mədəniyyəti formalaşmayıb. Daha qarşındakına dırnaqarası mütəxəssis deyə müraciət etmək nədir? bizdə buna tərbiyəsizlik deyirlər. Başqa zonalarda bilmirəm necədir. bəlkə bizim ləhcədə, şivədə bu belədir.

Getdik…

Yazıma cavab yazanların əsas fikri bu idi ki, SEO İT mütəxəssisin yox, rəqəmsal marketinq mütəxəssisin işidir. İstər dünən şərh kimi yazdığım cavablarda, şəxsi yazışmalarda, istərsə yazıda bunu dəfələrlə izah etdim, ancaq anlamaq istəmirlər niyəsə.

Yazıya cavab yazanlardan olan Xəyal Quliyev adlı şəxs idi. Düzü yazımdan dərhal sonra demişdi ki, bunun 70 faizi səhvdir, əsaslandıracam. Mən də dedim mütləq gözləyəcəm. Özümə də maraqlı gəlmişdi. Həqiqətən çox ciddi əsaslandırma gözləyiridm. Ancaq gözləntilərim suya düşdü.

Mən yazıda və şərhlərdə nə yazmışdım. Yazmışdım ki, SEO həm də İT mütəxəssisin işidir. Altından hüzünlə xətt çəkirəm – Həm də it mütəxəssisin işidir. Yaxşı ki, xəyal bəy bloqumu screen edib. Orda da görünür yazdıqlarım. İndi də o fikrin üstündəyəm və əslində Xəyal bəy də mən yazdıqlarımı inkar etmək məqsədi ilə təsdiqləyib. Hətta bir yerdə izah verdim ki, rəqəmsal marketinq mütəxəssis nəticəyə aparan xəritəni cızır, İT icra edir. O nə yazır:

– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl title olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birində özəl meta taqlar olsun – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir səhifələrdə hər birinin özəl url-i keyword şəklində olsun ID şəklində olmasın – Proqramçı edir
– Rəqəmsal marketoloq deyir daxili səhifələrdə o kateqoriyaya aid bənzər yazılar çıxsın – proqramçı edir.
– Rəqəmsal marketoloq deyir “robots.txt” faylına botlara nəyə access olsun nəyə yox – Proqramçı edir. Hərçənd bunu özü edə bilməyən rəqəmsal marketoloq olmaz da yəgin ki.
– Rəqəmsal marketoloq deyir “.htaccess” faylında bu bu bu işləmlər olsun – Proqramçı edir

Çox ayıb çıxmazsa bir misal çəkmək istəyirəm. Biz tərəfdə belə bir söz var: Süd deyil, nənəm sağıb (yəqin misalın ilkin formasını xatırladınız).

Yəni Xəyal bəy mənim yazdığımdan fərqli nə deyib görəsən? Eyni məsələ deyilmi? Cavab vermək xatirinə cavab vermək nə deməkdir? Bütün bunlara çox geniş cavab yaza bilərəm. Ancaq vaxt uzatmağa da çox ehtyac yoxdur. Ciddi nəsə olmalıdır ki, ciddiyə alasan.

Gələk Bakcell mövzusuna. Bakcell mövzusunda yazdıqlarımı aparıb dünya markaları ilə analiz etməyə ehtiyac yoxdur. Kimisi Ebay, kimisi amazon ilə müqayisə etdi və s. Azərbaycanda cəmi 3 operator var. Bakcell, Azercell və Azerfon. Azerfonu çıxmaq şərti ilə digər ikisini hər kəs əlinin içi kimi əzbər bilir. Azerfon isə sadəcə Nar Mobile kimi də tanınır deyə mübahisəlidir. Haqqında danışdığımız bazar o qədər kiçikdir ki, bir müştəri əgər google-də “Bakcell” yazıb axtarırsa, demək ki, nə axtardığını çox yaxşı bilir. “3G internet”, “Mobil kredit” və s bu kimi birbaşa operator adına bağlı olmayan sözlər olsaydı, bunların reklama qoyulması nəinki normal, çox əla addım olardı. Ancaq bu qədər tanınan markanın öz marka adını reklama qoyması axı heç bir marketinq strategiyadan xəbər vermir. Hətta lap dərinə getsək, heç olmasa Bakcell komandası Bakcell sözünü 1 L ilə yazılmış (Bakcel) formasını reklama yerləşdirsəydilər, yenə də göz yumulası idi. Amma müştəri sənin marka adını dəqiqliyi ilə bilir, sənin saytını axtarır. Lap tutaq sabah Azercell bunu öz profilinə keçid üçün reklama qoysa nə qazanacaq? Kim Bakcell axtarıb Azercell saytına daxil olar? Bu ki, sadə məntiqdir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s