SEM nədir və SEO-dan fərqi nədədir?

seo-sem-arasindaki-faklarÇox böyük bir problemdən yazmayacam, kiçik amma vacib bildim deyə yazıram. Digital Marketinqdə termin genişliyi o qədər çoxdur ki, bu terminlərin izaha ehtiyacı var deyə düşünürəm. Bəzən bir və ya oxşar əməliyyatlar 10 fərqli formada qeyd olunur.
Rəqəmsal mütəxəssislər SEM və SEO sözlərini yəqin tez – tez eşidir. Başlayaq SEM və SEO nədir sualına hərfi izahdan. SEM – Search Engine Marketing, SEO isə – Search Engine Optimization mənasını verir. Əslində bir- birinə çox yaxın 2 termindir, ancaq aralarında elə gözəl incə sərhəd xətlər var ki, rəqəmsal mütəxəssis bunları mütləq bilməlidir.
İlki öncə qeyd edək ki, həm SEO, həm də SEM-in məqsədi Web saytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Məsələn sizin şirkətin məhsul profilinə uyğun olaraq insanlar Google axtarış sistemlərində axtarış edirlərsə, bu zaman sizin saytın ilk pillədə görünməsidir. Hər ikisinin məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Beləliklə SEM marketoloqun, SEO isə həm də İT mütəxəssisin işidir. Bu ikisi arasındakı ilkin və təməl fərqdir. Yəni SEM rəqəmsal mütəxəssis özü görməlidir, özü etməlidir. Ancaq SEO-nun icrasını isə rəqəmsal marketinqin hazırladığı plana görə İT mütəxəssis görməlidir.
Digər bir neçə fərqə keçməzdən əvvəl isə hər iki işin funksionallığı haqqında qısa məlumat verək.
Yuxarıda qeyd etdiyimiz kimi SEM marketoloqun gördüyü işdir. Bu işi görmək üçün həmin axtarış sisteminin reklam platformasında kampaniya başladılır və daxil etdiyi açar sözlərə müvafiq ödəmələr etməklər saytın axtarış zamani ilk pillədə görüntülənməsinə nail olur. Məsələn, hesab edək ki, biz Google axtarış sistemində “Parfum” axtarılan zaman ilk pillədə görünməyimizi istəyirik. Bu zaman “Parfum” sözünü ödənişli formada reklama yerləşdirməklə bu sözün axtarışı zamanı ilk pillədə görünməyimizə nail oluruq və bunun qarşılığında həmin axtarış şəbəkəsinə pul ödəyirik.
Sadə dildə desək SEO isə İT mütəxəssisin işidir və bu optimizasiya doğru aparıldığı zaman sayt müxtəlif açar sözlərə uyğun olaraq ilk sıralarda görüntülənir. Ancaq SEO üçün bəzi həlləri rəqəmsal mütəxəssis verir. Məsələ bundadır ki, SEO üçün saytın axtarış zamanı ilk pillədə görünməsi üçün açar sözlə saytın daxilidəki mətnlər uyğunluq təşkil etməlidir. Məsələn sizin saytınız avtomobil satışı üçündür və siz istəsəniz ki, ayaqqabı sözü axtarılarkən saytınız ilk pillədə görünsün, bu mümkünsüzdür. Çünki saytınızda ayaqqabı məzmunu yoxdur. SEM-də isə bunu etmək mümkündür.
SEM ilə SEO arasında digər bir fərq isə ondan ibarətdir ki, SEO ümumi məhsula yönəlir, SEM isə ümumi məhsulla bərabər konkret kampaniyaya yönələ bilər.
Hesab edək ki, siz aviabilet satışı ilə məşğulsuz. SEO ilə siz aviabilet, ucuz aviabilet və s sözlərinin axtarışı zamanı ilk pillədə görünməsinə nail ola bilərsiz. Ancaq məxsusi olaraq Bakı – İstanbul reysi üçün 1 aylıq endirim kampaniyanız varsa, bu 1 ay ərzində müvafiq açar sözlərlə ilk sırada görünmək istəyirsizsə, bu SEM-in işidir.

Bonus

Əslində bu fərqləri yazmaq böyük iş deyil. Sadəcə bu ikisi arasında fərqi bilməyən bir çox dostlarımız şirkətlərin pulunu boş yerə xərcləmiş olur. Məsələn, aşağıdakı fotoda göründüyü kimi. Bakcell mobil operatoru “Bakcell” açar sözünü SEM ilə reklam edir və ilk sırada görüntülənir. Ancaq məsələ bundadır ki, Bakcellin SEO-su zatən bu açar sözün axtarışı zamanı ilk pillədə görüntülənməyə icazə verir. Belə olan halda isə “Bakcell” sözünü ödənişli reklama qoymağa nə ehtiyac var?! Axı zatən ilk pillədə Bakcell çıxır.

sem1

Advertisements

2 thoughts on “SEM nədir və SEO-dan fərqi nədədir?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s