Gənclər çox maaş istəyir?

29f1e7aSon 1 həftədə 2-3 yerdə maaş müzakirəsinin şahidi olmuşam. Dostumuz Rəşad Camal status yazmışdı ki, niyə insanlar 400-500 manat maaşa işləmək istəmir?!

Başqa bir iki yerdə də bu formada narazılıqlar var idi. Sadəcə Rəşadla uzun müddətə dayanan səmimi dostluğumuz olduğu üçün məhz onun adını qeyd etməyə ərkim çatdı.

Bu maaş məsələsi niyəsə o qədər paradokslu məsələdir ki, adam yazmaya bilmir. Susanı – danışanı, razısı – narazısı, sevəni – ayrılanı, sevgiyə inanı – ən yaxın padruqası anası olana qədər… bu ölkədə hamı deyir ki, son 2 ildə orta hesabla 50 faiz infilasiya olub. Və hamıya məlumdur ki, son 2 ildə devalvasiya 200 faiz ətrafındadır.

Bəs bu qədər həgamənin qarşılığında ölkədə orta aylıq əmək haqqı nə qədər artıb? Ümumiyyətlə artıbmı. Şirkətlərin birində işləyən dostumun maaşı devalvasiyalardan sonra 2 faiz artmışdı. Açıqlamasında da yazılmışdı ki, bu devalvasiyaya görə olan artımdır. Dedim bir dəqiqləşdir, o 2-nin yanında 2 ədəd sıfır olmalıdır məntiqlə. Dedi yox valah elə 2 faizdir. Biz bu məntiqin işçiyə münasibət olan bir ölkədəyik.

Narazılıq budur ki, insanlar niyə 400-500 manata işləyə bilmirlər?! Gəlin bu 400 manatı bir gənc ailə üçün bölək, vuraq, toplayaq görək nə alınır.

Müstəqil həyat yaşamaq istəyən bir gənc ailə və ailədə tutaq ki, 2 nəfər işləyir, toplam 900 manat maaş alırlar. Hesablayaq…

Bakıda ortalama bir evin aylıq icarə haqqı 300-400 manatdır. Lap götürək 350 AZN. Evin kommunal xərclərini də nəzərə alsaq bu edir 400 AZN. Nə qaldı? – 500 AZN.

Bir şəxsin ortalama nəqliyyat xərci (ictimai nəqliyyat) orta hesabla 30-40 AZN-dir. 2 nəfər üçün düşünsək bu edir ortalama 70 AZN. Qaldı 430 AZN.

Bakıda restoranlarda ortalama nahar yeməyi 5 AZN-dir. 4 olan da var, 8 olan da, lap baha da. Mən standartı yazdım. Ayda 22 gün işdirsə (5 günlük olsa) bu bir nəfər üçün 110 AZN, 2 nəfər üçün edir 220 AZN.  Qaldı 210 AZN. Bir ailəni ortalama aylıq ev üçün ərzaq və digər alış veriş xərcləri ən minimum 400 Azn edir. Bura sadəcə yağ, ət, çörək, duz, toyuq və s kimi məcburi xərclər daxildir. Hələlik 190 AZN mənfi yaranıb.

Hələ mənim yazdığım nəfəs alıb verə bilmək üçün olan tələbatlardı. Bir insan bu rejimdə nə yaşaya bilər, nə də işləyə. 1 insan gün ərzində ancaq işə və ev marşurutu üzrə hərəkət etsə belə, o 400-500 AZN bəs etmir.

Bunun siqarət çəkəni (100 AZN), heç olmasa həftədə 2 dəfə dostlarla çay içib  yemək yeməyi (aylıq 100-120 AZN – 2 nəfər), ayda ən azı 3-4 dəfə toya getməyi (300-400 AZN – 2 nəfər)), mobil telefon balansı (30-50 AZN – 2 nəfər) və s. və s. xərci var.

İndi işçinin 400-500 manat maaşa razılaşmaması hansı məntiqlə qəbul olunmur onu anlamıram. Bu manat zəhrimarın dəyəri varmı? Hələ normal insanın ildə bir dəfə tətilə çıxmaq hüququnun olmasını demədim. 2 aylıq maaşı 10 günlük tətilə çatmır heç.

Yuxarıda yazdığım əlavə xərclər də hələ stabdartlardı. Yəni standartdan kənar o qədər xərc çıxır ki. Allah uzaq eləsin, bir adi soyuqlama olsa bu 100 AZN dırman həkim xərci edir.

Qısası, işçi niyə yüksək maaş istəyir məsələsi lovğalıqdan irəli gəlmir, yaşamaq istəyindən irəli gəlir. İnsana dəyər vermədən isə yüksək səviyyədə iş gözləmək ayıbdır.

 

Advertisements

One thought on “Gənclər çox maaş istəyir?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s